Nivea ‘irqçi’ kimi qiymətləndirilən ‘ağ, paklıqdır’ deodorant reklamını yığışdırıb

Şirkət Orta Şərq auditoriyası üçün hazırlanan reklamını artıq yığışdırıb

Şəklin mənbəyi, Nivea facebook

Şəklin alt yazısı, Şirkət Orta Şərq auditoriyası üçün hazırlanan reklamını artıq yığışdırıb

Almaniya bədən qulluğu şirkəti Nivea, ayrı-seçkilik hesab olunan reklamına görə üzr istəyərək onu yığışdırıb.

Reklamda, qadın silueti üzərində "ağ, paklıqdır" sözü yazılıb və görünməz deodorant seriyasından söz açılır.

Bu, şirkətin Facebook səhifəsində yerləşdirilib və coğrafi olaraq Orta Şərqdəki izləyicilər üçün nəzərdə tutulub. Nivea, paylaşımın "yanlış" olduğunu qəbul edib.

Sosial mediada bir çoxu, paylaşımın irqçi olmasını desə də, o, alternativ sağçı istifadəçilər tərəfindən geniş paylaşılıb.

Nivea-ın Facebook səhifəsindəki reklam (artıq silinib) belə bir başlıqla təqdim edilib: "Təmiz və parlaq qal. Heç nəyin onu pozmasına izn vermə."

Səhifəsinin dünya üzrə 19 milyon izləyicisi olan şirkətin bu ismarışının, Orta Şərqdəki izləyicilər üçün nəzərdə tutulduğu deyilir.

Bir çox sosial media istifadəçiləri palyaşımın irqçi ton daşıdığı ilə bağlı şikayət ediblər.

@Redheadedfuries tweets: Not cool @NIVEAUSA @niveauk @NiveaAustralia ... Not cool at all. #Racism is not a good marketing tactic.
Şəklin alt yazısı, "Qətiyyən yaxşı deyil. İrqçilik düzgün marketinq taktikası deyil"

Lakin, bu, alternativ sağçı sosial media istifadəçiləri Nivean-ı ələ salması ilə dəfələrlə paylaşılmasına səbəb olub.

Alternativ sağçı sosial media hesabları sahibləri reklamdan istifadə edərək Nivean-ı ələ salıblar

Şəklin mənbəyi, Twitter

Şəklin alt yazısı, Alternativ sağçı sosial media istifadəçiləri reklamdan istifadə edərək Nivean-ı ələ salıblar

Belə sosial media hesablarından birində yazılıb: "Nivea: AltSağçı-ların rəsmi nəmləndirici/antiperspirantı".

Nivea-ın sahibi Beiersdorf-un sözçüsü deyib: "Bizim NIVEA Orta Şərq Facebook səhifəmizdə paylaşılan Ağ və Qara üçün NIVEA Görünməz Deodorantı reklamı, irqçiliklə bağlı narahatlıqlara səbəb olub."

"Biz, bu paylaşıma görə kimisə incitmişiksə, üzr istəyirik. Reklamın yanlış anlaşılmaya səbəb olduğunu gördükdən sonra, dərhal yığışdırdıq."

Müxtəliflik və bərabərlik NIVEA üçün mühüm dəyərlərdir: Marka müxtəliflik, tolerantlıq və bərabər imkanları dəstəkləyir."

"Biz fərqliliyi yüksək qiymətləndiririk. Birbaşa və ya dolayısı ayrı-seçkilik, bizim qərarlarımız və fəaliyyətimizin bütün hissələrindən çıxarılmalıdır."