Prezident pensiya yaşının artırılması barədə dəyişiklikləri təsdiqləyib

Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərin təsdiqlənməsinə dair sərəncam verib.

Martın 10-da Milli Məclisdə "Əmək pensiyaları haqqında" qanuna əlavə və dəyişikliklər layihəsi qəbul edilib.

Qanuna əsasən, qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılıb.

Qanunda yazılır ki, pensiya üçün kişilərin hazırki yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların hazırki yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılacaq.

Dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilmir.

Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib ki, qanuna 98 dəyişiklik təklif edilib, APA yazır.