90 yaşlı Fidel Castronun doğum günü

Fidel Castro 90 illik yübileyini qeyd etmək üçün Havanadakı Karl Marks teatrına qardaşı prezident Raul Castro ilə birgə gəlib.

Bu, onun apreldən bəri ictimaiyət qarşısında ilk görünməsidir. Zəifləmiş təsiri bağışlayan Castro bütün tədbir boyu yerindən qalxmamağa çalışıb.

Fidel Castro 2008-ci ildə istefa verib. BBC-nin Havanadakı müxbiri Will Grant deyir ki, Fidel Castro təqaüdə çıxıb və siyasi əlaqələrə daha az təsir gücü var.

Yubiley mərasimində onun həyatdan fraqmentlər göstərilib.

Eyni zamanda paytaxt küçələrində də həftə sonu əyləncələri təşkil edilib, atəşfəşanlıq olub.