Fidel Castronun 90 yaşı teatrda qeyd edilib

Şəklin mənbəyi, REUTERS

Fidel Castro 90 illik yübileyini qeyd etmək üçün Havanadakı Karl Marks teatrına qardaşı prezident Raul Castro ilə birgə gəlib.

Onları tərəfdaşları Venesuela prezidenti Nicolas Maduro da müşayiət edib.

Bu, onun apreldən bəri ictimaiyət qarşısında ilk görünməsidir. Zəifləmiş təsiri bağışlayan Castro bütün tədbir boyu yerindən qalxmamağa çalışıb.

2008-ci ildə istefa verən Fidel Castro bu yaxınlarda ABŞ prezidenti Barack Obamanı tənqid etmişdi.

Yazdığı köşədə cənab Castro cənab Obamanı II Dünya Müharibəsi zamanı Hiroşimaya atılan nüvə bombasına görə üzr istəməməsini qınayırdı.

Cənab Obama may ayında Yaponiyanın Hiroşima şəhərini ziyarət edib.

"O yüz minlərlə insanın öldürülməsinə görə üzr istəməyi unutdu," cənab Castro yazıb.

ABŞ və Kuba arasında əlaqələr prezident Raul Castronun zamanında bərpa edilib.

Lakin cənab Obamanın Havanaya səyahətindən sonra cənab Fidel Castro deyib.

"Biz imperiyadan heç nə istəmirik."

Yubiley mərasimində onun həyatdan fraqmentlər göstərilib.

Eyni zamanda paytaxt küçələrində də həftə sonu əyləncələri təşkil edilib, atəşfəşanlıq olub.

BBC-nin Havanadakı müxbiri Will Grant deyir ki, Fidel Castro təqaüdə çıxıb və siyasi əlaqələrə daha az təsir gücü var.