Kölndə Erdoğana dəstək nümayişi
Almaniyanın Köln şəhərində azı 35 min insanın iştirakı ilə Türkiyə prezidenti Recep Tayyip Erdoğana dəstək nümayişi keçirilib.
Nümayiş, Türkiyə və Almaniya arasında diplomatik gərginliyə səbəb olub.
Bu nümayişdə cənab Erdoğanın iki həftə öncə baş vermiş çevrilişə cəhdi qınayan çıxışı göstərilməli idi, lakin şənbə günü Almaniyanın Konstitusiya Məhkəməsi ictimai təhlükəsizliyi qorumaq məqsədilə bu videonun yayımına qadağa qoyub.
Almaniyada təxminən 3 milyon türkiyəli yaşayır və onların əksəriyyəti Türkiyədə sonuncu seçkilərdə cənab Erdoğanın AK partiyasına səs verib, Almaniyada Türkiyə İcması bildirib.
Kölndə eyni zamanda, cənab Erdoğana qarşı olan nümayiş də keçirilib.