Dünya Qaçqınlar Günü - Bakı Fəhlə Yataqxanasında
Binəqədi rayonu Dərnəgül qəsəbəsində yerləşən Fəhlə yataqxanasında yaşayan məcburi köçkünlər şəraitlərini izah edirlər.
Onlar deyir ki, bu yataqxana yaşayış üçün yarasızdır. Sakinlərin sözlərinə görə, yataqxananı yoxlamağa gələn bəzi "Jek işçiləri" deyiblər ki, artıq bu binanı təmir etmək düzgün deyil, sakinlər köçürülməlidir.
Sakinlər illərdir yeni evlərə köçürüləcəkləri günü gözləyirlər.
Onlar ümumi mətbəxdən və ümumi ayaqyolundan istifadə edirlər. Burada antisanitariya şəraitidir. Hətta 3-cü mərtəbədə daşan kanalizasiya üçün belə heç bir icra hakimiyyəti və jek işçiləri köməyə gəlməyib. Sakinlər məcbur olub özləri təmizləyib.
Onlar həyətdə yerləşən iki ağacın da kəsilməsini istəyirlər. Çünki yüksək gərginlikli elektrik xətləri ağacların budaqlarının arasından keçir və hər iki ağac artıq əyilib. Sakinlər bu ağacın həyətdə oynayan uşaqların həyatına təhlükəli olduğunu bildirir.
Videonu BBC Azərbaycanca müxbiri Günel Səfər çəkib.