Azərbaycanın məcburi köçkünləri belə yaşayır

Xocalı, Füzili və digər ərazilərdən məcburi köçkünlər bu gün hansı şəraitdə yaşayır? BBC Azərbaycanca müxbiri Günel Səfər yataqxanalarda yaşayanlarla söhbətləşib.

55 yaşlı Roza Nağıyeva
Şəklin alt yazısı, Xocalı köçkünü, 55 yaşlı Nağıyeva Roza Binəqədi rayonunda yerləşən Bakı Slavyan Universitetinin yataqxanasında qızı və nəvəsi ilə birgə yaşayır. O, Xocalıda törədilmiş qırğından sonra Bakıya üz tuitanlardandır. Deyir 5 gün ərazində atışmalardan qaçmaq üçün ümşədə gizlənib. Burda da onun ayaqlarını don vurub. “5 il ayaqqabı geyinə bilmədim” deyir müsahibimiz ayaqlarını göstərərək. O, öz şəraitli evini qoyub 12 kvadratmetrlik otaqlarda 3 uşaq böyütməyin çətinliyindən danışarkən “çox pis haldır, 5 gün birinin, 5 gün digərinin evində qalırsan, adi çörəyi bizə başqaları verirdi” deyir. Onun yaşadığı otaq hədsiz dardır, eyvan isə panellərlə kəsilib və mətbəxə çevrilib. “Bir tikə yemək bişirib süfrəyə gətirənə qədər qan tər içində qalırıq”, deyərək Roza xanım eyvanı işərə edir. Roza xanım Xocalıdan çıxmağını, rus əsgərlərinin əhaliyə atəş açmağını təsvir edir, sonra isə “danışanda pis oluram” deyir və bir müddət susur. Sonra mövzunu dəyişərək, yaşadıqları evin şəraitsizliyindən bəhs edir, nəvəsini tərifləyir və onun məktəbi fərqlənmə ilə bitirdiyini deyir. Deyir ki, belə balaca otaqda əziyyətlə böyüməyinə baxmayaraq, nəvəsi dərslərini yaxşı oxuyub. Belə balaca evdə 3 qız övladı böyütməyin bir ana üçün nə demək olduğunu soruşanda, o, bu halı izah etməyin çətin olduğunu deyir, sonra isə əlavə edir, “elə bil qəfəsdəki quşam”.
Yataqxananın həyətində birgə əyləşən yaşlı kişilər 20 ildən çoxdur Bakıda yaşasalar da, hələ də Qarabağa, “öz torpaqlarına qayıtmaq istəklərindən” danışırlar. 80 yaşlı Təhməzov Həmzə (şəkildə sağdan 3-cü) “..ay qızım biri cinayət törədib həbsxanaya düşür, amma illərdir həbsxanadayıq” deyərək doğulduğu Laçın rayonundan ayrı düşməyin çətinliyini izah edir.
92 yaşlı Quliyev Şükür (şəkildə sağdan birinci-əsalı) Bu yataqxananın onlara 90-cı illərin əvvəlində təhsil nazirliyi tərəfindən verilməsindən danışır və sonra əlavə edir: “yaxşıdır, pis deyil, ancaq fikrimiz, xəyalımız vətəndədir”. “Böyük evim var idi, dolanşığım yaxşı idi, 55 illik iş stajım var idi, kənd sovet sədtri, kolxoz sədri kimi işləmişdim. Fəhlələrimin də mənim evim boyda evləri var idi” o, davam edir. Sonda o, “yuxuda da Laçını görürəm” deyərək bğyüdüyü rayona olan həsrətini ifadə edir.
Şəklin alt yazısı, Yataqxananın həyətində birgə əyləşən yaşlı kişilər 20 ildən çoxdur Bakıda yaşasalar da, hələ də Qarabağa, “öz torpaqlarına qayıtmaq istəklərindən” danışırlar. 80 yaşlı Təhməzov Həmzə (şəkildə sağdan 3-cü) “..ay qızım biri cinayət törədib həbsxanaya düşür, amma illərdir həbsxanadayıq” deyərək doğulduğu Laçın rayonundan ayrı düşməyin çətinliyini izah edir. 92 yaşlı Quliyev Şükür (şəkildə sağdan birinci-əsalı) Bu yataqxananın onlara 90-cı illərin əvvəlində təhsil nazirliyi tərəfindən verilməsindən danışır və sonra əlavə edir: “yaxşıdır, pis deyil, ancaq fikrimiz, xəyalımız vətəndədir”. “Böyük evim var idi, dolanşığım yaxşı idi, 55 illik iş stajım var idi, kənd sovet sədtri, kolxoz sədri kimi işləmişdim. Fəhlələrimin də mənim evim boyda evləri var idi” o, davam edir. Sonda o, “yuxuda da Laçını görürəm” deyərək bğyüdüyü rayona olan həsrətini ifadə edir.
23 ildir Binəqədi rayonu ərazisində kirayə evdə yaşayan Atakişiyeva Aida isə Ağdam rayonunun sakinidir. O, köçkün düşəndə 27 yaşının olduğunu bildirir. Ağdfamdakı şəraitindən şikayətçi olmayan Aida xanım, “evimizi itirib, gəlib kirayədə yaşamaq mənə ölümə bərabərdir” deyir.
“Uşaqlara istədiyini verə bilməmək, tələbatını ödəyə bilməmək ağırdır. Yuxarıda idik, aşağıya düşdük. Hələ də aşağıdayıq” deyə o, sözünə davam edir. 3 uşaq anası,”bu yollarda ömrümü, cavanlığımı itirdim” deyərək kövrəlir.
Şəklin alt yazısı, 23 ildir Binəqədi rayonu ərazisində kirayə evdə yaşayan Atakişiyeva Aida isə Ağdam rayonunun sakinidir. O, köçkün düşəndə 27 yaşının olduğunu bildirir. Ağdfamdakı şəraitindən şikayətçi olmayan Aida xanım, “evimizi itirib, gəlib kirayədə yaşamaq mənə ölümə bərabərdir” deyir. “Uşaqlara istədiyini verə bilməmək, tələbatını ödəyə bilməmək ağırdır. Yuxarıda idik, aşağıya düşdük. Hələ də aşağıdayıq” deyə o, sözünə davam edir. 3 uşaq anası,”bu yollarda ömrümü, cavanlığımı itirdim” deyərək kövrəlir.
29 yaşlı Əliyeva Vüsalə Xocavənd rayonundan məcburi köçkündür. 2 övladı ilə yaşadığı çox dar otağına aparır bizi. Otaq o qədər dardır ki, hərəkət etmək mümkün deyil. Nəmişdikdən şifonyerdəki qeyimlər islanıb və Vüsalə pəncərələri taybatay açaraq evi nəmişlik iyindən qurtarmaq istəyir. Tavandan axan suyun qarşısını almaq üçün isə o, qablar toplanmış şkafın üstünə 4 ədəd vanna qoyub. Deyir hər gün o vannalardakı suyu boşadır və yeindən yerinə qaytarır. O, bu şəraitsizlikdən təngə gəldiyini, uşaqları gecələr qonşularda yatızdırmağa məcbur olduğunu deyir. Xocavəndi tərk edəndə onun 6 yaşı olub. “Kənddə camaat belə yerdə heç toyuq cücə saxlamazdı” deyir Vüsalə. “Mən cavanlıq görmədim, gəncliyimi yaşamadım” deyən müsahibimiz hönkürərək üzünü qapadır.
Şəklin alt yazısı, 29 yaşlı Əliyeva Vüsalə Xocavənd rayonundan məcburi köçkündür. 2 övladı ilə yaşadığı çox dar otağına aparır bizi. Otaq o qədər dardır ki, hərəkət etmək mümkün deyil. Nəmişdikdən şifonyerdəki qeyimlər islanıb və Vüsalə pəncərələri taybatay açaraq evi nəmişlik iyindən qurtarmaq istəyir. Tavandan axan suyun qarşısını almaq üçün isə o, qablar toplanmış şkafın üstünə 4 ədəd vanna qoyub. Deyir hər gün o vannalardakı suyu boşadır və yeindən yerinə qaytarır. O, bu şəraitsizlikdən təngə gəldiyini, uşaqları gecələr qonşularda yatızdırmağa məcbur olduğunu deyir. Xocavəndi tərk edəndə onun 6 yaşı olub. “Kənddə camaat belə yerdə heç toyuq cücə saxlamazdı” deyir Vüsalə. “Mən cavanlıq görmədim, gəncliyimi yaşamadım” deyən müsahibimiz hönkürərək üzünü qapadır.
Qonşuluqda yaşayan İsmayilovlar ailəsi Ağdamdandırlar. Ailənin xanımı şəraitsizlikdən və tək otaqda iki oğul övlad böyütməyin törətdiyi problemlərdən söhbət açır.
Köçkün düşəndə 9-cu sinifdə oxuyurdum, indi 40 yaşım var. Deyir, köçkün düşəndə yaşı az olub və ev qayğılarından bixəbər olub. “İndi anlayıram ki, bu nə deməkdir. Ağdamda qalsaydıq, indi evimiz, ən azından uşaqlarımın öz otağı olardı”.
O, 18 kvadratmetrlik otaqda bütün gündəlik işləri gördüyünü təsvir edir.
“Paltarı da burda yuyuram, qabı da, yeməyi də burda bişirəm. burda yatırıq, burda yeyirik, qonağımı da burda qəbul edirəm”, o davam edir.
“Bir otaqdır, həyat yoldaşımla mübahisəmiz düşəndə də bu körpə uşaqların gözü qarşısında olur”, deyən müsahibimiz bu halı doğru saymadığını amma buna məcbur olduğunu bildirir. Onun yanında dayanan 10 yaşlı İsa isə məktəbə getdiyini, dərslərini yaxşı oxuduğunu və böyüyəndə ürək həkimi olacağını deyir, sonra isə gülümsəyir.
Şəklin alt yazısı, Qonşuluqda yaşayan İsmayilovlar ailəsi Ağdamdandırlar. Ailənin xanımı şəraitsizlikdən və tək otaqda iki oğul övlad böyütməyin törətdiyi problemlərdən söhbət açır. Köçkün düşəndə 9-cu sinifdə oxuyurdum, indi 40 yaşım var. Deyir, köçkün düşəndə yaşı az olub və ev qayğılarından bixəbər olub. “İndi anlayıram ki, bu nə deməkdir. Ağdamda qalsaydıq, indi evimiz, ən azından uşaqlarımın öz otağı olardı”. O, 18 kvadratmetrlik otaqda bütün gündəlik işləri gördüyünü təsvir edir. “Paltarı da burda yuyuram, qabı da, yeməyi də burda bişirəm. burda yatırıq, burda yeyirik, qonağımı da burda qəbul edirəm”, o davam edir. “Bir otaqdır, həyat yoldaşımla mübahisəmiz düşəndə də bu körpə uşaqların gözü qarşısında olur”, deyən müsahibimiz bu halı doğru saymadığını amma buna məcbur olduğunu bildirir. Onun yanında dayanan 10 yaşlı İsa isə məktəbə getdiyini, dərslərini yaxşı oxuduğunu və böyüyəndə ürək həkimi olacağını deyir, sonra isə gülümsəyir.
Eyni yataqxanada yaşayan İsmayılov Əsgərin 44 yaşı var. O, Füzuli rayonundan köçkündür. Əsgər bəy, köçkünlük həyatından çox danışmaq istəmir. “Bu barədə o qədər danışmışıq ki, nə faydası var” deyir. Sonradan o, belə şəraitdə 2 uşaq böyütdüyünü və bunun çox çətin olduğunu qeyd edir. “Hər şeyimizi itirdik, qaçqınçılıq hər şeyi məhv etdi” deyən müsahibimiz övladlarının onun özünün böyüdüyü məkana getməklərini istədiyini vurğulayır. O, təəssüflənərək deyir: “uşaqlarımız bilməyəcək Füzuli haradı. Cəbrayıl hara”.
Şəklin alt yazısı, Eyni yataqxanada yaşayan İsmayılov Əsgərin 44 yaşı var. O, Füzuli rayonundan köçkündür. Əsgər bəy, köçkünlük həyatından çox danışmaq istəmir. “Bu barədə o qədər danışmışıq ki, nə faydası var” deyir. Sonradan o, belə şəraitdə 2 uşaq böyütdüyünü və bunun çox çətin olduğunu qeyd edir. “Hər şeyimizi itirdik, qaçqınçılıq hər şeyi məhv etdi” deyən müsahibimiz övladlarının onun özünün böyüdüyü məkana getməklərini istədiyini vurğulayır. O, təəssüflənərək deyir: “uşaqlarımız bilməyəcək Füzuli haradı. Cəbrayıl hara”.
60 yaşlı Vidadi Əzizov
Şəklin alt yazısı, Rəsulzadə qəsəbəsində keçmiş sanatoriyada məskunlaşmış 60 yaşlı Vidadi Əzizov isə Füzuli rayonundan məcburi köçkündür. O, “hər kəs üçün doğuldu yer müqəddəsdir” deyir və dədə baba mülkünün qoxusunun belə doğma olmasından danışır. Deyir ki, başları geniş olub və meyvə tərəvəzi bazardan almayıblar. “Dükandan ancaq qənd alardıq, çörəyi də özümüz bişiridik” deyə qeyd edir. Köçkünlüyün ağırlığından danışan müsahibimiz “mən torpaq adamı idim, yerim şəhər deyildi” deyir. “Burda mən özümü, övladlarım adət-ənənəni itirdi. Torpaq həsrəti bizim yaşlılarda qaldı. Mühit insanı dəyişdirir. Adət də getdi, dünyaya baxış da, hörmət də, sevgi də. Hava, su sevgiyə də təsir edir”, deyə o, izah edir.
69 yaşlı Xanım Talıbova və nəvələri
Şəklin alt yazısı, Binəqədi rayonunun Dərnəgül qəsəbəsində yeləşən “Fəhlə yataqxanası” adlandırılan binada yaşayan Zəngilan rayonunun İçərimuşulan kəndindən məcburi köçkün 69 yaşlı Talibova Xanım və 3 nəvəsi. “25 ildir Arazdan keçib gəlmişik, heç nəyimiz yoxdur”, deyərək bir otaqlı otağını göstərir müsahibimiz. Bir oğlu və 3 oğul nəvəsi var. Əli ilə otağın hissələrini göstərərək: “Mən orda yatıram, gəlin burda, uşaqlarla oğlum çarpayıda. O stolu qursaq bizə yer olmur”, deyə izah edir. Talıbova Xanım hökumət tərəfindən dəfələrlə siyahıya alınma edilsə də, hələ də yeni evə köçürülməməsindən danışır. Deyir ki, Zəngilanda 2 mərtəbəli evləri olub. Geniş eyvanda isə limon ağaclarını saxlayıb. “Həyətdan meyvə-tərəvəz toplayırdıq. İndi kiloya (kilo ilə satın almağa -red) möhtac qalmışıq”, deyir müsahibimiz.