Transgender məktəblilər oğlan, yoxsa qız tualetinə getməli?
ABŞ-da transgender tələbələrin hansı cinsin tualetindən istifadə etməsilə bağlı qızğın mübahisələr davam edir.
Ağ Ev hesab edir ki, məktəblər bu məsələdə tələbələrin seçim hüququnu tanımalıdır. Bundan əvvəl Şimali Carolina ştatı Obama administrasiyasının istəyinə zidd qərar qəbul edib. Seçim etmək hüququna qarşı çıxan 11 ştat isə Ağ Evə qarşı məhkəmə iddiası qaldırıb.
BBC müxbiri Aleem Maqbool Texas ştatının Fort Worth şəhərindən xəbər verir. Bu şəhər məsələ ilə bağlı qızğın mübahisələrin mərkəzinə keçib.