Qorillanın ölümünə görə məsuliyyətə kim cəlb olunacaq?

Amerikada heyvənların müdafiəsi qrupu Ohio ştatının zooparkındakı qorilla volyerinə 4 yaşlı uşağın düşməsinə görə heyvanat bağının hüquqi məsuliyyətə cəlb olunmasını tələb edir.

Cincinnati zooparkında çəkilən görüntü hövzədə olan qorillanın uşağı necə sürüdüyünü əks etdirir. Video heyvanın öldürülməsindən əvvəl çəkilib. İnternet kampaniya fəalları uşağın valideynlərinin də məsuliyyətə cəlb edilməsinə səsləyirlər. Müvaviq çağırış 400 min adamın imzasını cəlb edib.

Bu arada yerli polis bildirir ki, istintaq vaxtı valideynlərin rolu da araşdırılacaq. Hamilton dairə prokurorluğundan Joseph Detersin sözlərinə görə polis “mümkün cinayət ittihamları” ilə bağlı prokurorluğa müraciət etməlidir.

Ötən şənbə günü valideynləri ilə Cincinnati zooparkına gələn uçyaşlı oğlan uşağı hasarı aşaraq qorillanın volyerinə düşüb. 180 kilo çəkisi olan Harambe adlı heyvan uşağı dayaz hövzədə sürüməyə başlayıb. Bundan sonra zoopark işçilər qorillanı öldürüblər. Hadisə geniş reaksiya doğurub.