Londonda oxuyan Turan: “Kitabxanada daha çox bilik almaq olar”
Turan Eldarova London İqtisadiyyat Məktəbində (LSE) iqtisadiyyat üzrə inkişafın idarə edilməsi sahəsində magistratura təhsili alır.
O deyir ki, əvvəllər ona Londonda yaşamaq çətin olsa da, indi şəhərə daha çox öyrəşib və burda çoxlu dostları var.
Turan dərslərini əsasən kitabxanada oxumağa üstünlük verir.
Həm də musiqi ilə məşğul olan tələbə, gələcəkdə Azərbaycana qayıdıb dərs deməyi arzulayır.
Bu video "Britaniyada tələbə olmaq" layihəsinin bir hissəsidir. Layihənin müəllifi Vüsal Həmzəyevdir.
