Çilənay: “Uğur qazanmağın yeganə yolu xaricdə təhsil almaq deyil”

Çilənay Cəfərli Queen Mary London Universitetində investisiya və maliyyə üzrə magistr təhsili alır.

Xaricdə Təhsil üzrə Dövlət proqramı hesabına təhsilini davam etdirən Çilənay hesab edir ki, uğur qazanmağın yeganə yolu xaricdə təhsil almaq deyil.

Xaricdə yaşamağın üstünlüyü odur ki, “fərqli sistemləri görürsən, müqayisə edirsən və bizdə əslində nəyin çatmadığını bilirsən,” tələbə deyir.

Bu video Britaniyada tələbə olmaq layihəsinin bir hissəsidir. Layihənin müəllifi Vüsal Həmzəyevdir.