İD-nin coğrafiya dərslikləri: “Atlantikadan Azərbaycanadək”
Özünü İslam Dövləti adlandıran qruplaşmanın (İD) nəzarət etdiyi ərazilərdəki uşaqların qəddar və sərt şəraitdə yaşamasını təsdiqləyən yeni məlumatlar üzə çıxır.
Suriyadakı münaqişə bölgəsindən qaça bilən iki oğlan qətllərin şahidi olub. Onlara İD tərəfindən təlimləndirilən müəllilmləri ilə birlikdə vuruşmaq əmri verilib.
Oğlanlar başlarına gələnlər barədə BBC müxbiri Quentin Sommerville-ə danışıblar.