İD internetdə yeni üzvləri necə cəlb edir?
Ötən il ərzində ehtimalən 700-dən çox adam özünü İslam Dövləti adlandıran qruplaşmaya qoşulmaq məqsədilə Britaniyanı tərk edib.
Güman edilir ki, yeni üzvləri cəlb etmək üçün silahlı qrup getdikcə daha çox sosial mediayaya üz tutmaqdadır.
Bəs görəsən adamları Suriya və ya İraqdakı qəddar və təhlükəli rejim altında yaşamaq üçün yola düşməyə necə sövq edirlər? Bu sualı cavablandırmaq üçün BBC müxbiri gizli araşdırma aparıb.
