Orxan: "Məqsədim bədii film sahəsində təkmilləşməkdir"
Orxan Ağazadə London Film Məktəbində (LFS) kinematoqrafiya ixtisası üzrə təhsil alır.
Onun sözlərinə görə əvvəllər sənədli film sahəsində müxtəlif layihələrlə məşğul olub, hazırda isə İngiltərədə bədii film sahəsində biliklərini təkmilləşdirmək istəyir.
Orxan filmə böyük ekranda baxmağı tövsiyyə edir.
Bu video Britaniyada tələbə olmaq layihəsinin bir hissəsidir. Layihənin müəllifi Vüsal Həmzəyevdir.

