Hematologiyanı öyrənən londonlu Natəvan Qasımzadə
10 yaşından Londonda yaşayan Natəvan Qasımzadə Westminster Universitetində hematologiya ixtisası üzrə magistr təhsili alır.
O, universitetdə qalıb təhsilini davam etdirmək və dərs demək istəyir.
Natəvan ailəsiylə birgə hər il Azərbaycana getdiyini deyir.
Bu video Britaniyada tələbə olmaq layihəsinin bir hissəsidir. Layihənin müəllifi Vüsal Həmzəyevdir.


