"Hədəfim tarix üzrə doktor olmaqdır" - Turan Qafarlı

Turan Qafarlı Queen Mary London Universitetində Tarix və Siyasət ixtisası üzrə bakalavr təhsili alır.

Bu fənnə uşaqlıqdan marağının olduğunu bildirən Turan, tarix sahəsində doktor olmağı qarşısına məqsəd qoyub.

Onun sözlərinə görə, universitetdə təhsil alan digər azərbaycanlı tələbələrlə sıx münasibətləri var.

Bu video Britaniyada tələbə olmaq layihəsinin bir hissəsidir. Layihənin müəllifi Vüsal Həmzəyevdir.