Arzularının arxasınca gedənlər: Manqa rəssamları

Bütün dünyada milyonlarla pərəstişkarı olan manqaya həm də yapon komiksləri demək olar. Azərbaycanda bu sahə az tanınsa da, onun xüsusi pərəstişkarları var.

Uşaqlıqdan rəsm çəkməyi sevən iki azərbaycanlı rəssamı məhz manqaya maraq birləşdirir. Onlar hazırda manqa üzərində işləyirlər.

Biri həkim, biri isə reklam işi üzrə mütəxəssis olan bu iki dost yaratdıqları manqanın oxucular tərəfindən bəyəniləcəyinə ümid edirlər.

Süjetin qəhrəmanları arzularının arxasınca gedən Aynurə Mikayılova və Gülşən Hacızadədir.

Rəssamlarla Günel Səfər görüşüb.