Polietilen torbalardan əsər yaradan rəssam
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu Nəzrin Musayeva ixtisasca dizayner-dekoratordur. Amma ən sevdiyi üslub "street-art"dır.
O, hazırda tullantı materiallarından əsərlər yaradır. Onun əsas istifadə etdiyi material polietilen torbadır.
BBC müxbiri Günel Səfərlə bölüşən rəssam bunu təbiətə kömək etmək istəməsi ilə əlaqələndirib.