Glasgow-da azarkeşlər Qarabağı necə dəstəklədi?

Çərşənbə günü Şotlandiyanın Glasgow şəhərində, Celtic klubu ilə ilk görüşünə çıxmış Azərbaycan çempionu Qarabağ 1-0 məğlub olub.

Matç Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilib.

Qarşılaşmadan öncə isə oyunu izləmək üçün Böyük Britaniyanın müxtəlif şəhərlərindən Glasgow-ya gəlmiş çoxsaylı Qarabağ azarkeşini görmək olardı.

Müxbirimiz Vüsal Həmzəyev azarkeşlər və klubun baş məşqçisi Qurban Qurbanovla söhbət edib.