Müstəqillik dövrünün ilk qadın pilotu
Azərbaycan Hava Yolları (AZAL) şirkəti iyulun 1-dən pilot olmaq istəyən qadınlar üçün eksperimental layihəyə sənəd qəbuluna başlayıb.
Layihə boyu 160-180 sm, maksimum çəkisi 75 kq olan və azərbaycan, rus və ingilis dillərini səlist bilən 18-25 yaşlı qadınlar sənəd verə bilər.
Şirkətin sözçüsü Paşa Kəsəmənski BBC Azərbaycancaya deyib ki, layihəyə maraq böyükdür. Sənəd qəbulu iyulun 30-da bitəcək.
BBC Azərbaycanca bu arada Azərbaycanın ilk qadın pilotu ilə müsahibə edib.
1977-ci ildən pilot kimi çalışan İrina Bağırova müstəqillik dövründə Azərbaycanın ilk qadın pilotu sayılır.
Peşəsinə təyyarə pilotu kimi başlasa da, hazırda Bağırova helikopter pilotudur.
Həyatından, pilot olmaq həvəsindən və təhlükəsizlikdən danışan Bağırova, BBC Azərbaycancaya bildirib ki, öz istəyilə helikopter sürmək istəyib.
İrina Bağırova ilə müxbirimiz Xanım Cavadova söhbət edib.