63 yaşlı balıqçının əhvalatı: Pirallahıdan video
Kinorejissor Elvin Adıgözəl Pirallahı adasında balıq tutub satmaqla dolandığını deyən Nail Quilyevlə söhbət edib.
63 yaşlı kişi Almaniyada xidmət etdiyini, rəssam, sürücü və çilingər işlədiyini deyərək axır vaxtlar işsiz qaldığını deyir.
“İndi nə iş var, nə də təqaüd. İş olsa işləyərdim. Amma iş yoxdur”, - Nail Quilyev deyir.