"Cyclee" cihazını ixtira edən azərbaycanlı dizayner
34 yaşlı azərbaycanlı dizayner Elnur Babayev velosipedçilərin gecə sürüşlərini asanlaşdırmaq üçün yeni cihaz - "Cyclee"ni ixtira edib.
RedDot məhsul dizaynı müsabiqəsində qısa siyahıya düşən bu layihə beynəlxalq və yerli mediada səs-küy doğurub.
Babayev 2005-ci ildə Türkiyənin Orta Doğu Texniki Universitetinin sənaye dizaynerliyi fakültəsini bitirib.
12 illik təcrübəsi boyunca avtomobil, qrafik və digər müxtəlif sahələrdə mükafatlar qazanan gəncin bu layihəsinin yayın axırlarında reallaşacağı və bazara çıxarılıcağı gözlənilir.
Müxbirimiz Xanım Cavadova ixtiraçı ilə Bakıda görüşüb.