Azərbaycanda 250 gün: fotoqraf Ad Nuis-in təəssüratları
Holland fotoqraf Ad Nuis beş il ərzində Azərbaycanda 10 dəfə olub. Hərəsi 25 gün davam edən və bu səfərlər ərzində o, "Neft və cənnət" (Oil & Paradise) adlı video instalyasiya hazırlayıb.
Cənab Nuis Azərbaycanda gördüklərini "əsəbiləşdirici" adlandırsa da, adi vətəndaşlarla və küçədə gördüyü adamlarla görüşlərinin ona müsbət təsir etdiyini bildirib.
O, səfər zamanı təsadüfən Prezident İlham Əliyevlə də görüşdüyünü bildirib.
İnstalyasiya ötən həftə Frontline Club media klubunda Global Witness təşkilatının hesabatının təqdimatında nümayiş olunub. O deyir ki, Londondan əvvəl instalyasiya Pekində, sonra isə Rotterdamda və Vaşinqtonda nümayiş olunacaq.