Boeing 787 Dreamliner - uçuş zolağından az qala vertikal qalxış

Boeing şirkəti bazar ertəsi Paris Hava Şousunda nümayiş etdirəcək yeni təyyarəsinin uçuşunun görüntülərilə paylaşıb.

787 Dreamliner təyyarəsi sərnişinsiz uçarkən ektstremal manevrlər qabiliyyətini sərgiləyib.

ABŞ şirkəti bildirir ki, daha tutumlu olan təyyarə uçuş məsafəsini xeyli genişləndirib. Deamlinerin həmçinin əhəmiyyətli şəkildə az yanacaq işlətdiyi də qeyd olunur.

Dreamliner-in əsas rəqibi Avropanın Airbus A350 təyyarəsidir.

Aprel ayında Azərbaycanın Milli aviaşirkətinin (AZAL) yeni Boeing 787 Dreamliner layneri ilk uçuşu ilə Rusiyaya yollanıb.