Airbus A350 ilk sınaq uçuşunu tamamlayıb

Avropanın Airbus təyyarə istehsalçısı ilk sınaq uçuşunu müvəffəqiyyətlə tamamlayıb.

Airbus A350 haqqında məlumat

Airbus A350-nin yanacaqdan daha səmərəli istifadə etməsi, ABŞ-li rəqib Boeing-in 787 Dreamliner təyyarəsi ilə birbaşa rəqabət aparması nəzərdə tutulub.

Bu, Airbus şirkətinin gələcəyi üçün mühüm bir addım kimi görünür.

Cümə günü təyyarə quraşdırılan yerdən, Fransanın Toulouse şəhərindəki Blagnac uçuş-enmə zolağından uçub.

A350 dörd saatlıq səyahətdən sonra Toulouse-a qayıdıb.

Airbus iddia edir ki, Rolls Royce Trent CWB motoru ilə işləyən A350, keçmiş dövrlərin geniş təyyarələrindən 25 faiz az yanacaq tələb edir.

Dreamliner təyyarəsi kimi A350-nin əksəriyyəti də müasir materiallardandır, xüsusilə təyyarəni yüngülləşdirən karbon kompozitlər.