"İstədik görək Ermənistan nə cürdü" - Yerevanda iranlıların Novruzu

Yerevanda bu il Novruz bayramı münasibətilə İran vətəndaşları üçün dəbdəbəli və bahalı "Pharaon" əyləncə mərkəzində Nasrollah Moein və Leila Forouhar bir konsert verəcəklər.

Novruz bayramı günləri Ermənistanda olan iranlı gənclərin əksəriyyəti isə vaxtlarını gecə klublarına keçirməyə üstünlük verirlər.

Yerevan müxbirimizlə söhbətində 15 ildən bəri tez-tez Ermənistana gedib-gələn iranlı Rza son illər Novruz bayramını Ermənistanda keçirənlərin və, ümumiyyətlə, turistlərin sayının azaldığını qeyd edib.

O, əvvəlki illər Novruz bayramı günləri Ermənistana daha çox İran vətəndaşaları gəldiyini və Qərb ölkələrində yaşayan bir neçə iranlı artistlərin konsertləri bir-iki həftə davam etdiyini deyib.

Rza bunu ötən illər ərzində iranlı turistlər üçün müvafiq şəraitlərin yaradılmasına əhəmiyyət verilmədiyi ilə izah edir.