Bakıda keçirilən Novruz festivalından reportaj

Azərbaycanın milli bayramı-Beynəlxalq Novruz Bayramı şənlikləri Bakının İçərişəhər adlanan hissəsində Meydan Bazarında martın 20-dən başlayıb.

Şənliklərin keçirildiyi ilk gün Qoşa Qala Qapısının qarşısından Meydan Bazarına daxil olan şəhər sakinləri və qonaqlara Azərbaycanın mədəniyyəti, tarixi və sənətkarlığı ilə bağlı stendlər nümayiş etdirilib və sənətkarlıq nümunələrinin, əl işlərinin həm sərgisi, həm də satışı həyata keçirilib.

Bundan başqa Meydanın sağ hissəsində Azərbaycanın çayı, milli mətbəx nümunələrindən kabab bişirilib, dadmaq istəyənlər üçün satılıb.

Novruz Bayramının dadlı simvoluna çevrilən şəkərbura, paxlava, qoğal meydanın sol küncündə şirniyyətçılar tərəfindən təzə-təzə bişirilib və nümayiş olunub, eyni zamanda satışa da çıxarılıb. BBC Azərbaycanca müxbiri Nailə Abdıyeva sakinlərin şirniyyatların qiymətindən narazılığını da müşahidə edib.

Bayram coşqusu meydanda qurulan səhnədə konsertin keçirilməsi ilə daha da canlanıb və şəhər sakinlərinin diqqətini bu ilk ilk dəfə olaraq təqdim olunan altı ölkənin - Türkiyə, Qırğızıstan, İran, Rusiya, Özbəkistan və Hindistanın mədəniyyəti, milli mətbəxi və sənətkarlığı festival iştirakçılarının diqqətini cəlb edib, müxbirimiz deyir.

BBC Azərbaycancaya danışan "İçərişəhər" Tarixi Memarlıq Qoruğunun mətbuat katibi Rahib Azəri deyib ki, festival şəklində keçirilən Novruz şənlikləri dörd gün ərzində İçərişəhərdə, iki gün isə "Qala" Tarixi Memearlıq Qoruğunda keçiriləcək.

"Bizim məqsədimiz Azərbaycanın tarixini, mədəniyyətini, sənətkarlığını əyani şəkildə nümayiş etdirmək və təbliğ etməkdir. İstəyimiz odur ki, festivala gələn insanlara Azərbaycan vətəndaşına belə ölkəmizi tanıtmaqdır".

Meydanda hər gün səhər saatlarından pəhləvanlar, kəndirbaz və sehrbazlar meydanda məharətlərini nümayiş olunur.

Müxbirimiz deyir ki, pəhləvanların nümayişlərinə böyük maraq olub. Adrenalin həvəskarlarının diqqətlə izlədiyi nümayişlər günorta saatlarında kəndirbazların nömrələri ilə davam edib.

Nailə Abdıyevanın reportajı.