Fransa: gülləbarandan sonrakı vəziyyət

Fransada satirik "Charlie Hebdo" jurnalının Paris redaksiyasına silahlıların hücumu nəticəsində 12 nəfər öldürülüb və daha yeddi nəfər yaralanıb, Fransa rəsmiləri məlumat verir.

Məlumatlarda deyilir ki, dörd karikaturaçı, o cümlədən jurnalın baş redaktoru Stephane Charbonnier, hücumda öldürülüb. Keçmişdə 47 yaşlı cənab Charbonnier ölüm təhdidləri almışdı və polis tərəfindən qorunurdu.

Silahlılardan biri "biz Məhəmməd Peyğəmbərin qisasını aldıq" deyə qışqırıb, şahidlər deyir.

Prezident François Hollande hücumu "misli görünməmiş barbarlıq" və "terror aktı" adlandırıb.