Donetsk: atəşkəs yoxdur, təqaüdçülər zirzəmidə gizlənirlər

NATO-ya üzv ölkələrin xairici işlər nazirləri Moskvanı “davamlı və məqsədyönlü” şəkildə Ukraynadakı sabitliyi pozmaqda qınayıblar.

Eyni zamanda təşkilat adından yayılan bəyanatda Ukraynanın şərqində elan edilmiş iki yerli atəşkəs razılaşması ilə bağlı ehtiyatlı nikbinlik izhar olunur.

Hərçənd ki, tərəflər 3 ay əvvəl əldə olunmuş atəşkəs razılaşmasının yerinə yetirilmədiyini deyirlər.

Sentyabrdan bəri aparılan döyüşlər 1 minədək adamın ölümünə səbəb olub.

BBC müxbiri Fergal Keane və operator Tony Fallshaw borbardmanların davam etdiyi Donetsk bölgəsinə baş çəkiblər.