Donetsk - müstəqillikdən sonra nə olacaq?
Ukraynanın şərqindəki gərgin vəziyyət sıravi insanların gündəlik həyatına təsirini göstərməkdədir.
Donetskdə müstəqilliyin elan olunması və Rusiya tərkibinə daxil olmaq çağırışının ardınca kömür sənayesilə tanınan bölgə iqtisadiyyatının gələcəyi barədə suallar yaranıb. Bəzi ekspertlər Kiyevlə münasibətlər kəsildiyi təqdirdə mədənlərə mərkəzi büdcədən ayrılan dotasiyanın kəsiləcəyini də hesab edirlər.
Belə bir təqdirdə bahalaşan kömür alıcılarını itirə bilər. Hərçənd ki, bu fikirlə razılaşmayanlar Rusiyanın köməyilə çətinliklərin dəf ediləcəyinı inanırlar.
Təfsilatlar Donetskə baş çəkən BBC müxbiri Olqa İvshinanın reportajında.