Çində "qanadlı uçuş" yarışı keçirilib

Ötən həftə Çində "wingsuit" ("qanadı kostyum") paraşütlə tullanma yarışı keçirilib.

İştirakçılar 300 metrlik sıldırım qayadan tullanır və təxminən 1 kilometr davam edən yarış zonasında "uçur". Bunu ən tez vaxta edən şəxs 100 000 dollar alır.

Yarış Hunan vilayətində baş tutub. Deyilənə görə, "Avatar" filmindəki "üzən" Pandora dağları məhz bu mənzərə üzərində qurulub.