Amerikada "arvad daşıma" yarışı keçirilib
ABŞ-ın Maine ştatında bəzi cütlüklər "bir birinizə dayaq olun" ifadəsini hərfi mənada başa düşüb.
Şənbə günü 50 kişi hər il keçirilən Şimali Amerika Arvad Daşıma Çempionatında 250 metrlik maneəli qaçışda iştirak edib.
Qalib gələn cütlük gələn il Finlandiyada, onlarla digər cütlüklə birlikdə beynəlxalq Arvad Daşıma Çempionatında iştirak edəcək.
Video şərhsizdir.