Şərqi Ukraynada şiddətli döyüşlər davam edir
Bu həftəsonu aylardır ki, rusiyapərəst üsyançılar tərəfindən idarə olunan ərazidə, MH17 təyyarəsinin düşdüyü kəndin yaxınlığında separatçılarla Ukrayna əsgərləri arasında vuruşmalar baş verib. Şiddətli döyüşlərdən sonra Ukrayna höküməti irəliləyişlər edə bilib.
Yaxınlıqdakı Horlivka şəhərində bombalama davam edib, mülki şəxslər, o cümlədən uşaqlar həlak olub.
Horlivka üsyançıların idarə etdiyi və strateji əhəmiyyət daşıyan Donetsk şəhərinə yaxındır. Ukrayna əsgərlərinin irəliləyişləri işarə edir ki, onlar iki əsas yola nəzarəti bərpa etməyə çalışır. Ukrayna höküməti düşünür ki, Rusiya üsyançıları təchiz etmək üçün bu yollardan marşrut xətti kimi istifadə edir.
Təyyarənin düşdüyü Hrabove şəhəri də bura yaxındır.
Video şərhsizdir.