"Azərbaycan kəndçisi ancaq öz tənbəlliyindən şikayət edə bilər"
Kənd təsərrüfatı mütəxəssisi Rahil Həsənov kinorejissor Elvin Adıgözələ Azərbaycanda kənd təsərrüfatının durumu barədə danışıb.
Onun sözlərinə görə, Azərbaycan kəndçisi "özünün tənbəlliyindən başqa heç bir şeydən şikayət edə bilməz".
Amma Həsənovun fikrincə, hansısa məmurun digərləri üçün çətinlik yaratması da "mümkündür".
Rahil Həsənov həmçinin öz məhsulunun xaricə çıxarılması üçün hazır olmadığını bildirib.
Oxucular razı deyil
BBC Azərbaycanca-nın <link type="page"><caption> Facebook səhifəsini</caption><url href="https://www.facebook.com/BBCAzeri" platform="highweb"/></link> izləyən oxucular Rahil Həsənovun sözlərinə irad tutub.
Ilqar Baqirov adlı istifadəçi yazır: "Əsas maneə kəndçinin öz məhsulunun sərbəst bazara çıxarda bilməməsidir və məhsullara qoyulan manapoliya qiymətləri".
Fikret Sultanov: "Camaatın torpağı susuzluqdan yanır necə təsərrüfarla məşğul ola bilər?"
"Kənd insanının, ümumiyyətlə təsərrüfatla məşğul olan insanların problemləri ayaqlarından boğazlarına kimidir. Özünüzün bacarıqsızlığını və tənbəlliyinizi kənd insanının adına yazmayın", yazır Mehdi Axundov.
Alı Semedzade: "Uzun müddət kənd həyatı görmüş biri olaraq deyirəm ki, AZE kəndlisi kölədir. Qazancı sıfırdır və uşaq oxuda bilməz, ac qarnını ancaq doyurar. Bu qədər".
Bir çox izləyici müxtəlif rayonların su qıtlığından əziyyət çəkdiyindən yazıb.