"Bu təhsilimizə ciddi zərbə ola bilər" - türk liseyi məzunu
"Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" (ABTM) təsisçilərinin 18 iyun tarixli ümumi yığıncağında 11 lisey və Araz Kurslarının fəaliyyətinin dayandırıldığı elan edilib.
Səbəb "ABTM-də yaranmış əlavə xərclərin qarşısının alınması və bu layihənin maliyyə və idarəetmə baxımından mürəkkəbliyini nəzərə alaraq qeyd olunan qurumların ləğv edilməsi" kimi göstərilir.
Bakıda qərar ətrafında müxtəlif şərhlər verilir.
Bakı Özəl Türk Liseyinin məzunu Orxan Məmmədov qərarın əleyhinə olanlardan biridir. O, BBC Azərbaycancaya deyib ki, liseylərin bağlanılması təhsil və insanların mədəniyyətinə, gələcək nailiyyətlərinə "ciddi zərbə ola bilər".