Polis huşunu itirmiş sürücünü yanan maşından xilas edir

ABŞ-da Nyu York ştatının polis zabiti diabetik şoka düşərək (kəskin hipoqlikemiya) maşınını yanacaqdoldurma stansiyasına çırpan bir kişini alışıb yanan maşından xilas edib.

Təsadüfən hadisə yerində olan polis zabiti John Vescio huşunu itirmiş 70 yaşlı sürücünü maşından çıxararaq kənara çəkməyə müvvəffəq olub.

Hər iki kişi hadisə yerindən salamat çıxıb.

Video: ABC News