Texas: altından təməli qaçmış ev yarğana düşmək üzrədir

ABŞ-ın Texas ştatındakı təməli zədələnmiş bir ev sıldırım üzərində asılmış vəziyyətdə qalıb.

Yerli xəbər telekanalının helikopteri Vitni gölündə yerləşən binanın ətrafında dövrə vurur, onun gölə düşməsini gözləyir.

Evin sahibləri binanı tərk ediblər. Ailə bu evdən bağ kimi istifadə edirdi.