"Məqsəd - axırıncı hüquq müdafiəçisini məhv etməkdir"
Hüquq müdafiəçisi Leyla Yunus bazar ertəsi onun saxlanılmasından, daha sonra isə dindirilməsindən mediaya danışıb.
Onun sözlərinə görə o, heç nədə ittiham olunmayıb, nə üçün dindirildiyini isə anlamayıb.
Eyni zamanda xanım Yunus jurnalist Rauf Mirqədirovla dostluğu barədə sorğu-sual edildiyini deyib.
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus bazar ertəsi saat 22:30 radələrində Dohaya yollanarkən Bakı aeroportunda <link type="page"><caption> saxlanılıb</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/04/140428_arif_leyla_yunus_detained.shtml" platform="highweb"/></link>.