Yerevanda Türkiyə bayraqlarını yandırıblar
1915-ci il hadisələrilə bağlı Türkiyə Baş Nazirinin bəyanatından məyus qalan ermənilər "soyqırımın" tanınmasını tələb ediblər.
Yerevanda "soyqırımın" tanınmasına etiraz edən yürüş iştirakçıları etiraz əlaməti olaraq Türkiyə bayraqlarını yandırıblar.
Bundan bir gün əvvəl Türkiyənin Baş naziri Birinci Dünya müharibəsində Osmanlı ordusu tərəfindən öldürülən ermənilərin nəvələrinə başsağlığı verib.
Yerevanda etiraz edənlər Erdoğanın 1915-ci il qətllərini sadəcə"qeyri-insani" adlandırmasınıadekvat hesab etməyib və Türkiyənin soyqırımı tanımasını və təzminat ödəməsini tələb ediblər.
Mübahisəli olayların 99-cu ildönümü ilə bağlı Recep Tayyip Erdoğanın çıxışındakı ifadələr keçmişdə bu qəbildən olan nitqlərə nisbətən mülayimliyilə seçilib. Türkiyə lideri 1915-ci il hadisələrini "qeyri-insani" kimi dəyərləndirib.
Türkiyə rəsmiləri deyir ki, ilk dəfə olaraq Türkiyənin baş naziri ermənilərə başsağlığı verib.