Mehriban Əliyeva: "Azərbaycan höküməti və xalqı fəxr edirlər ki..."

"Azərbaycan höküməti və xalqı fəxr edirlər ki, ilk Avropa oyunları bizim ölkədə keçiriləcək və təşkilat komitəsini oyunlar üçün hazırlıq işlərində dəstəkləyirlər", Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva deyib.

"Bu dəstək bizim üçün çox vacibdir. Əlimizdən gələni edəcəyik ki, Bakı 2015 gələcək Avropa oyunları üçün yüksək standartları müəyyən etsin".

Bakı 2015 Avropa Olimpiya Oyunlarında 19 idman növü üzrə 6000-dən çox atlet iştirak edəcək.

Ötən həftə sonu Olimpiya Komitələrinin Koordinasiya Kommissiyası Bakıya ilk səfərini edib.

Səfər zamanı keçirilən konfransda Avropa Oyunlarının təşkilatçılığı barədə daha ətraflı detallar açıqlanıb və məlum olub ki, yüngül atletikanın proqrama əlavə olunmasından sonra iştirak edəcək idmançıların sayı 6000-i keçib.