Sumqayıt sakini: "Prezidenti görəndə insan qəmlərini unudur"
Azərbaycan prezidentinin doğum günü ilə bağlı Sumqayıtda tort bişirilib. Polisin qoruduğu tort hələ kəsilməyib.
Hər il uzunluğu bir metr artan tort şəhərin icra başçısı Eldar Əzizovun təşəbbüsü ilə bişirilir və bu il onun kəsilmə günü hələ ki, məlum deyil.
Eldar Əzizovun Gəncə şəhərinin icra başçısı olarkən başlatdığı bu ənənəyə uyğun olaraq, ötən ilki tort 51 metr olub.
Sumqayıt şəhər icra başçısının müavini Elgin Həbibullayev deyib ki, tort iş adamlarının vəsaiti hesabına bişirilib və dekabrın 29-da kəsiləcək.
Sumqayıt sakinləri İlham Əliyevin doğum günü şərəfinə nəhəng tortun bişirilməsinə münasibətlərini BBC Azərbaycanca ilə bölüşüblər.