Davutoğlunun Yerevan səfərinə etiraz aksiyası

Yerevanda Ermənistan və Türkiyə xarici işlər nazirləri arasında keçən görüşdən öncə müxalifət gənclər təşkilatları və tələbə qrupları etiraz aksiyası keçiriblər.

Aksiyaya qatılanlar müxtəlif plakatlarla iştirak edib, “Etiraf”, “Qınama”, “Təzminat” şüarları səsləndiriblər.

Daşnaksutyun və Ermənistan “Hnçak” Sosial-Demokrat partiyaların tələbə və gənclər təşkilatları üzvləri Ankaraya güzəştə getməməyə səsləyiblər.

Ahmet Davutoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 29-cu sessiyasında iştirak etmək üçün Yerevana gedib.