Bakı sakinləri Avropanı istəyirlər, yoxsa Rusiyanı?
28-29 Noyabrda Vilnüsdə keçiriləcək "Şərq Tərəfdaşlığı" Sammitində Azərbaycan da iştirak edəcək.
Sammitdə bəzi keçmiş Sovet İttifaqı ölkələrinin Avropa İttifaqı ilə ticarət üzrə saziş imzalaması gözlənilir.
Amma regiondakı bəzi ölkələr artıq Avropa İttifaqının sazişini imzalamayacaqlarını, əvəzinə Rusiyanın Gömrük İttifaqı təşəbbüsünə qoşulacaqlarını bəyan ediblər.
Bəs Bakılılar Azərbaycanın hansı istiqamətə yönəlməsini istəyirlər?
BBC Azərbaycancanın sorğusunda iştirak edənlər müxtəlif cavablar veriblər.