İsmayıllı məhbusunun anası: "Uşağım maraq üçün getmişdi"

Şəkidə İsmayıllıda baş verən iğtişaşları törətməkdə ittihamlanan şəxslərin məhkəməsi keçirilib.

Məhkəmənin qarşısında ittihamlananların ailə üzvləri də gözləyib.

Cinayət Məcəlləsinin 220.1-ci - "zorakılıqların, talanların yanğınların törədilməsi əmlakın məhv edilməsi, hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərməklə müşayiət olunan kütləvi iğtişaşlar törətmə və ya belə iğtişaşlarda iştirak etmə" - və 315.2-ci - "hakimiyyət nümayəndələrinə zor tətbiq etmə və ya müqavimət göstərmə" - maddələrində suçlanırlar.