Jose Mujica: dünyanın ən "yoxsul" prezidenti
Beynəlxalq mətbuatda “dünyanın ən yoxsul prezidenti” adlandırılan Jose Mujica prezident seçilməzdən əvvəl yaşadığı fermada, paytaxt Montevideonun qırağında həyat yoldaşı ilə birlikdə yaşayır.
Onun görünüşü - 21-ci əsrdə gördüyümüz ölkə başçılarına bənzəmir.
Prezident Mujica boş vaxtını ən sadiq dostu - üç-ayaqlı iti Manuela ilə keçirir.
"Ola bilər ki, mən eksentrik qoca kişi kimi görünürəm, amma imkan verin özümü ifadə edim".
Bu videoda, cənab Mujica adi həyat tərzini BBC müxbiri Vladimir Hernandezə izah edir.