Tacqoyma mərasimi tədbirləri sona çatdığı üçün canlı yayımı dayandırırıq.
Lakin bu səhifədə mərasimdən fotolara baxa bilərsiniz.
Bizi izlədiyiniz üçün təşəkkür edirik.
You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Bu səhifədə Kral III Charles-ın Londondakı Tacqoyma mərasimindən canlı yayıma baxdınız.
Tacqoyma mərasimi tədbirləri sona çatdığı üçün canlı yayımı dayandırırıq.
Lakin bu səhifədə mərasimdən fotolara baxa bilərsiniz.
Bizi izlədiyiniz üçün təşəkkür edirik.
Salam. Bu gün Britaniyada, paytaxt Londonda yerləşən Westminster Abbatlığında Kral III Charles-ın təntənəli tacqoyma mərasimi keçirilib.
Konsort Kraliça Camilla da bugünki tədbir çərçivəsində öz tacına sahib olub və o, bundan sonra Kraliça Camilla adlanır.
Kral III Charles 1066-cı ildən bəri Westminster Abbatlığında Tacqoyma mərasimi keçirilən 40-cı hökmdardır.
GÜNÜN PLANI
Saat 12:30-dan (Bakı vaxtı ilə) dünya liderləri və dövlət başçıları Abbatlığa gəlməyə başlayıb.
13:20-də Kral və Konsort Kraliça Brilyant Yubiley Dövlət Faytonu ilə Buckingham Sarayını tərk edərək Westminster Abbatlığına yola düşüblər. Onların keçdiyi yollara 1000 hərbçi düzülüb.
14:00-da mərasim başlayıb. Mərasimdə Kralın seçdiyi musiqi səsləndirilib. Onların arasında Andrew Lloyd Webber-in musiqisi də var.
15:01-də Krala tac qoyulub.
16:00-da Kral və Kraliça geriyə, Buckingham Sarayına qayıdıblar.
Bu dəfə onlar 260 yaşı olan Qızıl Dövlət Faytonu ilə səyahət ediblər. O, William IV-dən bəri hər bir tacqoyma mərasimində istifadə edilib.
17:30-dan əvvəl Kral Charles və Kraliça Camilla Buckingham Sarayının eyvanından izdihamı salamlayıblar.
Mərasim Ordu, Kral Donanması və Kral Hərbi Hava Qüvvələrinin üzvlərinin iştirak etdiyi 6 dəqiqəlik uçuşla yekunlaşıb.
Tacqoyma mərasimini qeyd etmək üçün izdiham London küçələrinə toplaşıb.
Bugünkü tarixi hadisədə dövlət başçıları, kral ailələri və digər dünya liderləri iştirak ediblər.
Minilllərdir tarixi olan mərasim dünya boyu canlı olaraq tamaşaçılara təqdim olunub.
Tədbirdən görüntüləri YOUTUBE kanalımızdan da izləyə bilərsiniz.