Salam. Bu gün Britaniyada, paytaxt Londonda yerləşən Westminster Abbatlığında Kral III Charles-ın təntənəli tacqoyma mərasimi keçirilib.
Konsort Kraliça Camilla da bugünki tədbir çərçivəsində öz tacına sahib olub və o, bundan sonra Kraliça Camilla adlanır.
Kral III Charles 1066-cı ildən bəri Westminster Abbatlığında Tacqoyma mərasimi keçirilən 40-cı hökmdardır.
Saat 12:30-dan (Bakı vaxtı ilə) dünya liderləri və dövlət başçıları Abbatlığa gəlməyə başlayıb.
13:20-də Kral və Konsort Kraliça Brilyant Yubiley Dövlət Faytonu ilə Buckingham Sarayını tərk edərək Westminster Abbatlığına yola düşüblər. Onların keçdiyi yollara 1000 hərbçi düzülüb.
14:00-da mərasim başlayıb. Mərasimdə Kralın seçdiyi musiqi səsləndirilib. Onların arasında Andrew Lloyd Webber-in musiqisi də var.
15:01-də Krala tac qoyulub.
16:00-da Kral və Kraliça geriyə, Buckingham Sarayına qayıdıblar.
Bu dəfə onlar 260 yaşı olan Qızıl Dövlət Faytonu ilə səyahət ediblər. O, William IV-dən bəri hər bir tacqoyma mərasimində istifadə edilib.
17:30-dan əvvəl Kral Charles və Kraliça Camilla Buckingham Sarayının eyvanından izdihamı salamlayıblar.
Mərasim Ordu, Kral Donanması və Kral Hərbi Hava Qüvvələrinin üzvlərinin iştirak etdiyi 6 dəqiqəlik uçuşla yekunlaşıb.
Tacqoyma mərasimini qeyd etmək
üçün izdiham London küçələrinə toplaşıb.
Bugünkü tarixi hadisədə
dövlət başçıları, kral ailələri
və digər
dünya liderləri iştirak ediblər.
Minilllərdir
tarixi olan mərasim dünya boyu canlı olaraq tamaşaçılara
təqdim olunub.
Tədbirdən görüntüləri YOUTUBE kanalımızdan da izləyə bilərsiniz.