Bakıda Zəfər paradı: canlı yayım

Azərbaycanda bu gün Zəfər paradı keçirilir. Azərbaycan Ermənistanla sentyabrın 27-dən başlayaraq Qarabağ uğrunda 44 gün davam etmiş İkinci Qarabağ Müharibəsində əks-hücum əməliyyatları zamanı bir sıra rayonları geri alıb.

Canlı reportaj

  1. İlham Əliyev Rusiyanın Azərbaycan pomidoruna qadağası barədə: “Yeni bazarlar axtarmalıyıq”

  2. İlham Əliyev və Recep Tayyip Erdoğanın Bakıda Zəfər paradında çıxışları

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  3. Bakıda Zəfər paradı- ikinci hissə

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  4. "Mən məğlub ölkənin qızı idim, mənim qızım isə qalib ölkənin övladıdır", - Qələbə paradı sevinci

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  5. Zəfər paradında əsgərlərin marşı, yeni silah və hərbi texnika - şəkillərdə

  6. 44 günlük müharibənin başa çatmasından bir ay sonra geriyə baxarkən: nələr oldu?

  7. Bu gün Bakıda Prezident İlham Əliyevin və Prezident Recep Tayyib Erdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

    Bakı Nəqliyyat Agentliyi ilə “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında Anlaşma Protokolunu BNA İdarə Heyətinin sədri Vüsal Kərimli və “BMC Otomativ Sənaye və Ticarət” şirkətinin İdarə Heyətinin üzvü Taha Öztürk imzalayıblar.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə “BMC.AZ” şirkəti arasında Anlaşma Protokolunu Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov və Taha Öztürk imzalayıblar.

    Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Türkiyə Prezidenti yanında İnvestisiya Ofisi arasında Anlaşma Memorandumunu Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyə Prezidenti yanında İnvestisiya Ofisinin sədri Burak Dağlıoğlu imzalayıblar.

    Bundan başqa, Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıvb. Buna Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Türkiyə Prezidenti Administrasiyasının sözçüsü Fəxrəddin Altun imza atıblar.

    İmzalanan başqa bir sənəd isə Azərbaycan və Türkiyə arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında protokol olub.

  8. Bakıda Zəfər paradı - birinci hissə

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  9. "Türkiyə şirkətləri Şuşaya avtomobil yolu çəkəcək"

    Erdoğan, Əliyev, xəbər, bu gün

    Şəklin mənbəyi, CNN

    Türkiyə şirkətləri Şuşaya avtomobil yolu çəkəcək. Bunu prezident İlham Əliyev türkiyəli həmkarı Recep Tayyip Erdoğanla cümə axşamı günü keçirdiyi mətbuat konfransında deyib.

    O bildirib ki, bu yol hazır olandan sonra cənab Erdoğanla birgə Şuşaya gedəcəklər.

    İlham Əliyev əlavə edib ki, işğaldan azad edilmiş torpaqlarda yol, dəmiryolu və digər infrastrukturun qurulmasında Azərbaycan şirkətləri ilə yanaşı Türkiyə şirkətləri də iştirak edəcək.

    O, bir neçə gün öncə İtaliyadan gələn nümayəndə heyəti ilə görüşündə demişdi ki, işğaldan azad edilmiş rayon və şəhərlərin bərpa və yenidən qurulmasında Azərbaycan şirkətləri ilə yanaşı “dost ölkələrin də şirkətləri” iştirak edəcək.

  10. Erdoğan: "Bizim Ermənistana qapılarımızı bağlayaq deyə bir dərdimiz yoxdur"

    Erdoğan, bu gün, xəbər

    Şəklin mənbəyi, AA

    Türkiyə Prezidenti Recep Tayyip Erdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə keçirdiyi mətbuat konfransında deyib ki, Türkiyə 30 il sürən Qarabağ münaqişəsinin həllində siyasi dəstək verib, Rusiya prezidenti Vladimir Putinlə görüşlər keçirib. O əlavə edib ki, diplomatik, kəşfiyyat və müdafiə işləri aparıldı:

    “Bu fəaliyyətlər fonunda ovqat fərqli dəyişməyə başladı. Mən burda sayın Putinin yanaşmalarını bir kənara qoya bilmərəm. Həqiqətən də onun müsbət yanaşmaları da bu müddəti [Qarabağ münaqişəsinin həlli] müsbət istiqamətə yönəltməyə yardım etdi”.

    Cənab Erdoğan İlham Əliyevin 6 ölkənin – Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran, Ermənistan iştirakıyla bir platforma qurulması ideyasını dəstəklədiyini vurğulayıb və deyib ki, belə bir əməkdaşlıq bölgəyə sülh gətirə bilər.

    “Mən bu gün də qardaşıma [İlham Əliyevə] söylədim, bu məsələdə müsbət bir addım atılarsa, biz də bağlı olan qapılarımızı açarıq. Bizim Ermənistana qapılarımızı bağlayaq deyə bir dərdimiz yoxdur. Çünki biz sülhün göyərçinləri olmaq istəyirik, barışın addımlarını atmaq istəyirik. Qaldı ki bizim Ermənistan xalqına kinimiz yoxdur, rəhbərliyi ilə problemimiz var”.

  11. Mevlüt Çavuşoğlu: "Tək şəxsiyyət vəsiqəmizlə səyahət edə biləcəyik”

    Türkiyənin xarici işlər naziri Azərbaycanla-Türkiyə arasında gediş-gəlişi sadələşdirən razılaşmanın imzalandığını bəyan edib.

    Öz tvitində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla imzaladağı sənəd haqqında yazan Mevlüt Çavuşoğlu qeyd edib ki, “bu yaxınlarda” "tək şəxsiyyət vəsiqəmizlə səyahət edə biləcəyik”.

    Azərtac agentliyinin rəsmi məlumatına əsasən, bu gün Azərbaycanla Türkiyə arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında Sazişə dəyişikliklər edilməsi haqqında protokol imzalanıb.

    “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokolu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu imzaladılar”, - Azərtacın xəbərində deyilir.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  12. İlham Əliyev: Ermənistanın da "vahid platformada yeri ola bilər"

    İlham Əliyev, Erdoğan, Ermənistan, Azərbaycan, Türkiyə, müharibə

    Şəklin mənbəyi, AA

    Prezident İlham Əliyev bu gün türkiyəli həmkarı Recep Tayyip Erdoğanla keçirdiyi mətbuat konfransında regionda əməkdaşlıq platformalarından danışıb.

    "Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan işbirliyi var, Azərbaycan-Rusiya-İran işbirliyi var, Türkiyə-Rusiya-İran işbirliyi var. Bütün bu işbirliyi platformalarını biz ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik", Anadolu Agentliyi yazıb.

    O əlavə edib ki, "Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz iddialarından, əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Biz buna açığıq. Müharibədən sonra Azərbaycanın mövqeyi və verilən bəyanatlar bunu deməyə əsas verir."

    Onun sözlərinə görə, Azərbaycan status-kvonu dəyişdirdikdən sonra işbirliyinə hazır olduğunu bildirib.

    "Biz yeni bir əməkdaşlıq formatını təşkil etməklə gələcəkdə bölgəmizdə müharibə riskini sıfıra endirə bilərik”.