Melania Trump ilə Michelle Obamanın nitqləri nə qədər oxşardır?

Donald Trump həyat yoldaşı Melania Trumpın nitqini "tamamilə valehedici" adlandırıb

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Donald Trump həyat yoldaşı Melania Trumpın nitqini "tamamilə valehedici" adlandırıb

Donald Trumpın həyat yoldaşı Melania Respublikaçılar partiyasının Milli Qurultayında çıxış edəndən sonra diqqət mərkəzində olub - amma çoxu onu plagiyatda ittiham edib.

Belə ki, bəzi yerlərdə onun dedikləri hazırkı birinci xanım Michelle Obamanın 2008-ci ildə dediklərinə çox yaxın olub.

Melania Trump əsasən inklüziv, namuslu və əməksevər olmaq barədə danışıb.

Lakin cənab Trumpın komandası deyib ki, xanım Trump "çox yayılmış" sözlərdən istifadə edib və mübahisəyə görə Hillary Clintonu ittiham edib.

____________________________________________________________________

Nə qədər oxşarlıq var?

Şəklin mənbəyi, Other

Melania Trump, 2016: "Mənim valideynlərim mənə öyrədib ki, sən həyatda istədiyin şeylər üçün çox çalışmalısan, dünya sənin zəmanətçindir və sən dediyin sözün üstündə durmalısan və vədlərini yerinə yetirməlisən, adamlara hörmət etməlisən".

Michelle Obama, 2008: "Barack və mən çox oxşar dəyərlərlə böyümüşük: həyatda istədiyin şeylər üçün çox çalışmalısan, dünya sənin zəmanətçindir və sən dediyin sözü yerinə yetirməlisən, adamlara hörmət və ləyaqətlə yanaşmalısan, hətta onları tanımasan belə, hətta onlarla razılaşmasan belə".

____________________________________________________________________

Melania Trump, 2016: "[Mənim valideynlərim] mənə öyrədib ki, mən hər gün dəyərlərimi və əxlaqımı nümayiş etdirməliyəm. Bu mənim aldığım dərsdir və mən bunu oğlumuza da öyrədirəm. Və biz bu dərsləri növbəti nəsillərə də çatdırmalıyıq, çünki biz istəyirik ki, bu xalqın uşaqları bilsin - sənin nailiyyətlərinin yeganə hüdudu, sənin arzularının gücü və onlar üçün işləmək istəyindir".

Michelle Obama, 2008: "Barack Obama və mən həyatımızı bu dəyərlərlə yaşamağa, onları növbəti nəsillərə çatdırmağa qərar verdik. Çünki biz istəyirik ki, uşaqlarımız və bu xalqın bütün uşaqları bilsin - sənin nailiyyətlərinin ucalığının yeganə hüdudu, sənin arzularının mümkünlüyü və onlar üçün işləmək istəyindir".

____________________________________________________________________

"Michelle Obamanın nitqindən heç kim oğurlamayıb", cənab Trumpın kampaniyasının meneceri Paul Manafort deyib.

"Yəni, yenə də görürük ki, qadın Hillary Clintonu qorxudanda [Clinton] onu alçaltmaq və məhv etmək istəyir", o əlavə edib.

Bu ilk dəfə idi ki, Melania Trump kampaniyada çıxış edir. Onun nitqi yazarların köməyilə hazırlanıb.

Respublikaçıların Milli Komitəsinin Sədri Reince Priebus xanım Trumpı baş verənlərə görə günahlandırmasa da deyib ki, onun yerində olsaydı nitqi yazan şəxsi "yəqin" işdən qovardı.

Bundan əvvəl Donald Trumpın kampaniyasının bəyanatında deyilib ki, "yazıçılar komandası" nitq üçün mənbə materialı olaraq Melania Trumpın həyatının "ilhamından" istifadə edib.

Cənab Trump nitqi "tamamilə valehedici" adlandırıb.