Messi "21 aylıq həbs cəzası alıb"

Şəklin mənbəyi, Getty
Argentina və Barcelona futbolçusu Lionel Messi vergidən yayınma ittihamı ilə "21 aylıq həbs cəzası alıb", İspaniya mediası xəbər verir.
2007-2009 arasında İspaniya hakimiyyətini aldadaraq 4,1 milyon avro (7 milyon AZN) ödəmədiyinə görə onun atası Jorge Messi həmçinin həbs cəzası alıb.
Onlar Belize və Uruqvayda "vergi cənnətlərindən" istifadə edərək gəlirlərini gizlətdikləri üçün milyonlarla avro məbləğində cərimə oluna bilərlər.
Lakin Lionel və Jorge Messi güman ki, həbsxanaya salınmayacaq.
İspaniyada mövcud sistemə görə 2 ildən az olan həbs cəzaları şərti azadlıqda çəkilə bilər.
Məhkəmə zamanı Lionel Messi demişdi ki, maliyyə məsələlərinin necə idarə olunduğu barədə "heç nə bilmirdi", o "futbol oynayırdı".
